İsmayıllıda ağır qəza nəticəsində sürücü ölüb

20.03.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

APA xəbər verir ki, hadisə martın 19-da saat 23 radələrində rayon ərazisində qeydə alınıb.

Məlumata görə, “VAZ-21099” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью