İsmayıllıda ağır qəza: ölən və yaralanan var KONKRET

13.09.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, ötən gecə saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью