İsmayıllıda ağır yol nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb

04.07.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İsmayıllı, 4 iyul, AZƏRTAC

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, hadisə bu gün saat 16:00 radələrində rayon ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Qəza zamanı daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью