İsmayıllıda ağır yol qəzası CAN ALDI

22.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Qurbanəfəndi kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan şəxslərdən iki nəfəri hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər isə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью