İsmayıllıda ailə qəzaya düşdü: 1 ölü, 3 yaralı

22.06.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, qəza rayonun Uştal kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi "Ford" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "VAZ-2106" markalı avtomobildə sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Qəza zamanı sürücü Nağıyev Elxan Hüseyn oğlu, eləcə də sərnişinlər Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью