İsmayıllıda atasının evindən çıxan kişi itkin düşdü

16.01.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

İsmayıllıya qonaq gələn kişi itkin düşüb.

Daxili İşlər Nazirliyi mtəbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər sakini, 52 yaşlı Bəbişov Faiq Qardaşxan oğlu dekabrın 6-da İsmayıllı rayonunda yaşayan atasının evindən çıxaraq naməlum istiqamətdə gedib. 

Onun boyu 170 sm, gözlərinin rəngi şabalıdı, saçları sarımtıldır. 

F.Bəbişovun harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью