İsmayıllıda avtomobil aşıb: yaralılar var

12.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İsmayıllı rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xanəgah kəndi ərazisində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü Qəbələ istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan iki nəfər - Qəbələ rayon sakinləri ağır bədən xəsarəti ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına aparılıb. Hazırda fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью