İsmayıllıda avtomobil qəzası baş verdi

01.05.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsmayıllıda avtomobil qəzası baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, sürücü Naxçıvan sakini 2000-ci il təvəllüdlü Şirinov Abdurezzaq İntiqam oğlu idarə etdiyi “Hunday” markalı avtomobildə idarəetməni itirərək maşını aşırıb.

Hadisə nəticəsində, avtomobilin sürücüsü və sərnişinlər Naxçıvan sakinləri 1965-ci il təvəllüdlü Abbasov İsa Teyyub oğlu, 1968-ci il təvəllüdlü Abbasova Zəminə Vahid qızı və müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью