İsmayıllıda avtomobilin vurduğu piyada ölüb VİDEO

04.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

İsmayıllı, 4 noyabr, AZƏRTAC

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, İlqar Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil yolu keçən 56 yaşlı Oruc Səfərovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Rəşad Rəşidov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью