İsmayıllıda azyaşlı uşaq dərmandan zəhərlənərək ölüb

28.01.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsmayıllı sakini olan 3 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə yanvarın 27-də qeydə alınıb. İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Ş.T. yaşadığı evdə dərmandan zəhərlənib.

Azyaşlı Göyçay rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 3 yaşlı uşaq orada ölüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью