Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsmayıllı, 3 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllı rayonunun Mican kəndində bədbəxt hadisə qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini, 61 yaşlı Murad Hümmətov yaşadığı evin həyətində arı sancması nəticəsində ölüb. İlkin məlumata görə, arı mərhumun dil nahiyəsindən sancıb.
Faktla bağlı araşdırma aparılır.