İsmayıllıda çay kənarında “Kalaşnikov” aşkarlanıb

13.05.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

İsmayıllıda “Kalaşnikov” avtomatı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən çay kənarında odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib.

Araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью