İsmayıllıda dağda köməksiz vəziyyətdə qalan 3 nəfər xilas olub

21.09.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən dağlıq, meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 3 nəfərin xilas olunması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşlar dağdan düşürülüb və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil veriliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью