İsmayıllıda dəhşətli qəza: 2 ölü, 5 yaralı

20.08.2026

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsmayıllı rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Azpost.info APA-ya istindən xəbər verir ki, qəza avqustun 20-də günorta saatlarında Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, saat 12 radələrində “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 7 nəfər – 4 kişi və 3 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq saat 12:15 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.

TƏBİB-in məlumatına görə, xəstəxanaya yerləşdirilənlərdən 6 nəfərin vəziyyəti ağır qiymətləndirilib. Yaralılara zəruri tibbi yardım göstərilib.

Lakin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 1966-cı il təvəllüdlü qadının həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm faktı saat 12:47-də qeydə alınıb.

Hadisə nəticəsində 2026-cı il təvəllüdlü körpənin isə xəstəxanaya çatdırılmamışdan əvvəl öldüyü bildirilib.

Beləliklə, qəza nəticəsində həyatını itirənlərin sayı 2 nəfərə çatıb.

Qəza nəticəsində 60 yaşlı Elina Məmmədova, 2026-cı il təvəllüdlü körpə, 29 yaşlı Türkanə Sadıqova, 25 yaşlı İlahə İsmayılova, 25 yaşlı Məmməd Məmmədov, 25 yaşlı Faiq İsmayılov və 25 yaşlı Zahid Nuriyev xəsarət alıb.

Yaralılardan bir nəfər – kişi valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.

Digər yaralıların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью