İsmayıllıda ev yandı Video

30.10.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

İsmayıllıda fərdi yaşayış evi yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Baş yaşayış massivində qeydə alınıb.
 

Belə ki, yanğın 1991-ci il təvəllüdlü Abdulov Vaqif Bəylər oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan, kürsülü və 3 otaqlı evdə baş verib. Yanğın zamanı evin dam örtüyü və yanar konstruksiyaları tamamilə yanıb.


Dərhal hadisə yerinə İsmayıllı rayon dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 
Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью