İsmayıllıda ev yanıb

24.12.2024

Sia Az saytına istinadən Icma.az xəbər verir.

İsmayıllıda yaşayış evində yanğın hadisəsi baş verib, bir nəfər yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. SİA xəbər verir ki, gecə saatlarında İsmayıllı rayonu Mecəftəran kəndində, kənd sakini 1967-ci il təvəllüdlü İbrahimov İlahət Nurəhməd oğluna məxsus yaşayış evində yanğın hadisəsi baş verib.

Yanğın yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 160 k/m olan yaşayış evi içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı 1994-cü il təvəllüdlü İbrahimov Camal İlahət oğlu yüngül dərəcəli yanıq xəsarəti alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью