İsmayıllıda faciə: 56 yaşlı kişi traktorun altında qaldı

23.06.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İsmayıllı rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib.

Axar.az xəbər verir ki, hadisə Lahıc–Dəmirçi avtomobil yolunda aparılan təmir-tikinti işləri zamanı baş verib.

İlkin məlumata görə, Sumqayıt şəhər sakini, 56 yaşlı Əyyub Əfəndiyev idarə etdiyi tırtıllı traktordan yıxılıb və ağır texnikanın altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları aparılan araşdırmalardan sonra məlum olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью