İsmayıllıda gənc oğlanın meyiti aşkarlanıb

19.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsmayıllıda sanitar qovşaqda meyit aşkarlanıb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə İvanovka kəndində baş verib.

İyirmi yaşlı Vitali Yuryeviç Minnikovun meyiti yaşayış evinin həyətində evdən ayrı tikilmiş sanitar qovşaqda atası tərəfindən aşkarlanıb.

Mərhumun nədən öldüyü hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью