İsmayıllıda idarəetmədən çıxan avtomobil quyuya düşdü VİDEO

20.07.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 19-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 31-BG-933 dövlət nömrə nişanlı “Khazar” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında yerləşən quyuya düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb olunub, qəzaya düşən avtomobil xüsusi texnikanın köməyi ilə quyudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью