Icma.az, Lent az saytına istinadən bildirir.
İsmayıllıda iki avtomobil toqquşub ölən var.
Lent.az xəbər verir ki, dünən İsmayıllı rayonunun Buynuz kəndi ərazisində Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.