İsmayıllıda inzibati binada yanğın

28.11.2024

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İsmayıllı rayonunun Hacıhətəmli kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 8 otaqdan ibarət inzibati binanın yanar konstruksiyaları yanıb.

Bu barədə Modern.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью