İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı

13.07.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mayda itkin düşmüş 1985-ci il təvəllüdlü Elnarə Kərimovanın yeri polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərindən birinin yazdığı rəylə müəyyən olunub.

Xatırladaq ki, İsmayıllı rayon sakini E.Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə getmiş və geri qayıtmamışdı.

Şükufə Süleymanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью