İsmayıllıda körpə ölüb TƏBİB açıqlama yayıb

28.01.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsmayıllıda körpə ölüb.

TƏBİB-dən bildirilib ki, yanvarın 23-də rayon sakini 1996-cı il təvəllüdlü qadın hamiləliyin 39-cu həftəsində doğum sancıları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə müraciət edib.

Qeyd olunub ki, doğuş zamanı çəkisi 4000 qram, boyu 52 sm olan oğlan uşağı dünyaya gəlib.

Məlumata görə, doğuş zamanı və doğuşdan sonra körpənin səhhətində hər hansı problem qeydə alınmayıb:

“Lakin bir gün sonra yenidoğulmuşda gözlənilmədən klinik vəziyyətin ağırlaşması baş verib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью