İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

16.10.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsmayıllı, 16 oktyabr, AZƏRTAC

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Balik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Rəşad Rəşidov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью