Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub
İsmayıllıda yol qəzası baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu gün saat 12 radələrində İsmayıllı rayonu ərazisində “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.
Nəticədə 2 nəfər ölüb.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.