İsmayıllıda qəza: 5 nəfər xəsarət aldı

07.08.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Bakı sakinləri, 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri, 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью