İsmayıllıda qəza olub: İki nəfər ölüb

04.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İsmayıllı rayonu ərazisində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün saat 16 radələrində baş verib.

Nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, bir nəfər isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью