İsmayıllıda səkkiz yaşlı oğlana təcavüz edildi

10.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İsmayıllı rayonunda 16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun İstisu kəndində baş verib. 16 yaşlı Z.M. qonşuları 8 yaşlı oğlanı təhdid edərək ona seksual zorakılıq edib.

Məlumata görə, Z.M. azyaşlını hədələyərək onun siqaret çəkməsi barədə atasına məlumat verəcəyini deyib. Bu yolla azyaşlı oğlanı hədələyən Z.M. onu kəndin kənarına gətirərək orada ona qarşı cinsi zorakılıq edib.

Hadisədən xəbər tutan azyaşlının valideynləri məsələ ilə bağlı polisə məlumat verib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı 16 yaşlı Z.M.-nın hadisəni anlaqsız törətdiyi məlum olub. Məhkəmə onu cəzadan azad edərək məcburi müalicəyə göndərib.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью