İsmayıllıda torpaq sürüşməsi: Ev ikiyə bölündü

30.11.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsmayıllı rayonunun Basqal kəndi ərazisində torpaq sürüşməsi baş verib.

Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ikimərtəbəli tikiliyə ciddi ziyan dəyib.

Qeyd olunub ki, yol tikintisi zamanı evin yan-yörəsi qazılıb. Bundan sonra isə yolda çökmə əmələ gəlib və torpaq sürüşməsi baş verib.

"Nəticədə Mais Ağayusif oğlu Əhmədova məxsus ikimərtəbəli tikili ikiyə bölünüb. Hazırda ərazi təhlükəli vəziyyətdədir", - deyə məlumatda bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью