İsmayıllıda torpaq sürüşməsi: Ev ikiyə bölündü FOTOLAR

30.11.2024

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

İsmayıllı rayonunun Basqal kəndi ərazisində torpaq sürüşməsi baş verib.

Turkustan.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ikimərtəbəli tikiliyə ciddi ziyan dəyib.

Qeyd olunub ki, yol tikintisi zamanı evin yan-yörəsi qazılıb. Bundan sonra isə yolda çökmə əmələ gəlib və torpaq sürüşməsi baş verib.

"Nəticədə Mais Ağayusif oğlu Əhmədova məxsus ikimərtəbəli tikili ikiyə bölünüb. Hazırda ərazi təhlükəli vəziyyətdədir", - deyə məlumatda bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью