İsmayıllıda tövlə yandı, bir baş heyvan tələf oldu

06.04.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsmayıllıda tövlə və tövlədə olan iribuynuzlu heyvan yanıb.

"Unikal" xəbər verir ki, yanğın rayonun Qalıncaq kənd sakini 1976-ci il təvəllüdlü vətəndaş Abdulov Elsevər Elman oğluna məxsus həyətyanı sahəsindəki mal tövləsində baş verib.Yanğın yerinə  İsmayıllı rayon DYMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı 60 kvadratmetr sahədə tövlə çardağının ağac konstruksiyaları, çardağa yığılmış 5 ton ot və tövlənin içərsində olan bir ədəd iri buynuzlu heyvan yanıb.

Tövlənin qalan hissəsi yangından mühafizə olunub.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью