İsmayıllıda uçan qədim məscid niyə bərpa olunmur?

06.08.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsmayıllı rayonunun Əhən kəndində yerləşən qədim məsciddən geriyə yalnız bir divar qalıb.

Baku TV-nin məlumatına görə, kəndin yeganə məscidinin digər hissələri tamamilə uçub, ərazini isə kol-kos basıb.

Kənd sakinləri bildirirlər ki, tikilinin bərpası ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb. Hazırda sakinlər ibadət edə biləcəkləri bir yerin olmasını istəyirlər.

"Bu məscidin uçan daşları olduğu kimi qalıb, heç kim onlara toxunmur. Biz dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. İstəyirik ki, ya dövlət tərəfindən bura bərpa olunsun, ya da sakinlərə icazə verilsin, öz qüvvələri ilə məscidi təmir etsinlər", - sakinlərdən biri söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью