İsmayıllıda yeniyetmə oğlan bıçaqlandı

02.10.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsmayıllıda bıçaqlanma olub.

"Unikal"ın məlumatına görə, hadisə oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonu Basqal kəndi ərazisində baş verib.

Belə ki, 17 yaşlı Ə.Şəfiyev münaqişə zəminində həmyaşıdı S.Bağırova bıçaqla xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşkarı tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью