İsmayıllıda yol qəzası ölümlə nəticələnib AZƏRTAC Video Azərbaycan Dövlət İnformasiya Agentliyi

22.12.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbərin mətni

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Qurbanəfəndi kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan şəxslərdən iki nəfəri hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər isə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью