İsmayıllıda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

16.10.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İsmayıllıda ağır avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Balik kənd ərazisinə qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil DAF markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 64 yaşlı Yasər Sadıqov ölüb, 1989-cu il təvəllüdlü Bərdə sakini Tural Alişov, 1997-ci il təvəllüdlü Ağdam sakini Orxan Həsənov xəsarətlər alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью