İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alanlar var FOTO

01.08.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.
Qəza zamanı “Mercedes” markalı yük maşını ilə “Volkswagen” və “VAZ1107” markalı avtomobillər toqquşub. Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarəti alaraq İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda fakt araşdırılır.

 

Bizim.Media, Aran bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью