İsmayıllılı şagird MAKSİMALI BACARDI

17.06.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsmayıllı rayonunun Qalacıq kənd tam orta məktəbinin şagirdi Fidan Qardaşova ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib.

Bakıvaxtı.az xəbər verir ki, o, qəbul imtahanında maksimum 400 balı toplayıb. 

Fidan Qardaşova daha əvvəl keçirilən buraxılış imtahanında isə 286 bal əldə edib.

Beləliklə, abituriyentin ümumi nəticəsi 686 bal təşkil edib.

Qeyd edək ki, Fidan Qardaşovanın əldə etdiyi nəticə rayonun təhsil göstəriciləri baxımından mühüm nailiyyətdir.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью