İsmayıllıya qonaq gələn kişi itkin düşdü FOTO

16.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İsmayıllıya qonaq gələn kişi itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Bəbişov Faiq Qardaşxan oğlu dekabrın 6-da İsmayıllı rayonunda yaşayan atasının evindən çıxaraq naməlum istiqamətdə gedib.
Onun əlamətləri: boyu 170 sm, gözlərinin rəngi şabalıdı, saçları sarımtıldır.
"F.Bəbişovun harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью