İsmət Səttarov: Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var

14.02.2025

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarovun fevralın 14-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu məsələ beynəlxalq təcrübədə daha çox tətbiq olunur:

“Bu ildən dövlət qurumları ilə müzakirə edəcəyik ki, qanuna dövlət kanallarının xəbər proqramlarına surdotərcümə tətbiq edilməsi əlavə edilsin. Əgər qanun qəbul edilsə, dövlətdən maliyyələşən kanallarda istifadəsi vacib olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью