İspan Baş nazir Ukrayna il bağlı bu sualı cavablandırmadı

22.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

İspaniyanın Baş naziri Ukraynaya sülhməramlılar göndərib-göndərməyəcəyinə dair suala birbaşa cavab verməyib.
Teleqraf.com xəbər verir ki, Baş nazir Pedro Sançes "CNBC" telekanalına müsahibəsində bu sualı cavablandırmayıb.
"Düşünürəm ki, dəqiq cavab vermək hələ tezdir" - Pedro Sançes bildirib.
Baş nazir ümidvar olduğunu bildirib ki, 2025-ci il Ukraynadakı hərbi münaqişənin həlli ili olacaq.
"İspaniya həmişə müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə sadiqdir" - Baş nazir deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью