Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyalı fizik Aleks Qomes Marin klinik ölüm yaşayıb və qeyri-adi təəssüratını bölüşüb.
Oxu.Az "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, yeddisaniyəlik ürək dayanması zamanı o özünü quyuda hiss edib və burada qızıl işıqla əhatə olunmuş üç sirli fiqurla qarşılaşıb.
Fizikin dediklərinə inansaq, ona seçim təklif ediblər: həyata qayıtmaq və ya başqa bir dünyaya keçmək.
İspan alim gənc qızlarına görə həyata qayıtmağı seçdiyini bəyan edib.