İspan futbolçu “Barselona”dan ayrıla bilər

29.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Yarımmüdafiəçi Fermin Lopes “Barselona”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Caught Offside” portalı məlumat yayıb.

İngiltərənin “Çelsi” və Fransanın PSJ klubları ispan yarımmüdafiəçini transfer etmək istəyir. Kataloniya klubu 23 yaşlı futbolçunu 100 milyon avro qarşılığında satmağa razıdır.

Lopes 2025-ci ildə “Çelsi”dən rəsmi təklif alsa da, keçidə razı olmamışdı.

Yarımmüdafiəçinin “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına kimidir. O, 2023-cü ildən əsas komandada çıxış edir. Lopes kataloniyalılarla 148 oyunda 37 qol vurub, 32 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью