İspan futbolçu “Barselona”dan ayrılacaq

08.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Yarımmüdafiəçi Mark Kasado “Barselona”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İspan futbolçu komandanın yay toplanışına qoşulmayacaq.

22 yaşlı yarımmüdafiəçi 2016-cı ildən “Barselona” akademiyasındadır. O, 2022-ci ildən əsas komandaya qoşulub. 49 oyuna çıxan Kasado 1 qola imza atıb.

Kasado 2024-cü ildə İspaniya millisində debüt edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью