futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın “Komo” klubunun futbolçusu Alvaro Morata karyerasını ABŞ-də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, MLS təmsilçisi “Atlanta” ispan hücumçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Komo” Morata ilə yollarını ayırmağa hazırdır. Hücumçu ötən mövsüm komandada 26 oyun keçirib və fərqlənə bilməyib.
33 yaşlı futbolçu daha əvvəl “Yuventus”, “Real”, “Atletiko”, “Qalatasaray” kimi klubların formasını geyinib.