İspan jurnalistə Rusiyada cinayət işi açıldı Səbəbi isə...

12.02.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyanın “El Mundo” nəşrinin jurnalisti Alberto Roxasa Rusiya sərhədini qanunsuz keçmək maddəsi ilə cinayət işi açılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, 2025-ci ilin fevral ayında Roxas Rusiya Federasiyası ərazisinə daxil olmaq hüququ üçün sənədləri olmayan Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə birlikdə
Rusiya-Ukrayna sərhədini qanunsuz keçərək Kursk vilayətinin Sudjanski rayonunda olub.

İstintaq jurnalistin harada olduğunu müəyyən etmək üçün tədbirlər görür.

Gülayə Mecid


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью