Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Bolonya"nın sol cinah müdafiəçisi Xuan Miranda "Yuventus"un diqqətini çəkib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
Bildirilir ki, Turin klubu 2028-ci ilin yayına qədər müqaviləsi olan 26 yaşlı ispan futbolçunu yaxından izləyir.
Qeyd edək ki, Miranda 2024-cü ilin yayında azad agent statusu ilə "Bolonya"ya qoşulub. O, cari mövsümdə keçirdiyi 10 oyunda 5 məhsuldar ötürmə edib.