İspan mütəxəssis Valensiya nın təklifini geri çevirib

15.09.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

İspaniyanın "Valensiya" klubu baş məşqçi axtarışlarını davam etdirir. Sport24.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, klubun yeni idman direktoru Braulio Vaskesin əsas namizədi Ernesto Valverde "Valensiya"nın təklifini qəbul etməyib.
Təcrübəli mütəxəssis bu mövsüm heç bir komandanı çalışdırmamaq qərarında qaldığını bildirib. Valverde bir müddət əvvəl "Atletik"dən ayrılarkən də fasilə vermək niyyətində olduğunu açıqlamışdı.
Valverde ilə 2012/13 mövsümündə "Valensiya"da birlikdə çalışan Braulio Vaskes onunla yaxşı münasibətlərinə görə 62 yaşlı məşqçini əsas namizədlərdən biri hesab edirdi. Lakin Valverdenin imtinasından sonra klub alternativ variantları nəzərdən keçirməyə başlayıb.
Qeyd edək ki, Valverde məşqçilik karyerasında "Barselona" ilə yanaşı "Atletik", "Valensiya" və "Olimpiakos" kimi klublara rəhbərlik edib. 2022-ci ildə yenidən "Atletik"ə qayıdan ispaniyalı mütəxəssis komanda ilə iki dəfə İspaniya kubokunu qazanıb. 2025-ci ilin yayında klubdan ayrıldıqdan sonra isə məşqçiliyə fasilə vermək qərarına gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью