İspan ulduz Real Madrid ə keçmək istəyir

21.07.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin gələcək karyerası ilə bağlı yeni iddialar gündəmə gəlib.

Milli.Az bildirir ki, bu barədə jurnalist Ramon Alvares "X" sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, 30 yaşlı futbolçu hazırkı klubu ilə 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləni uzatmağa tələsmir. Bildirilir ki, Rodri karyerasını yenidən İspaniyada davam etdirmək və "Real"ın formasını geyinmək niyyətindədir.

İspaniyalı yarımmüdafiəçi 2019-cu ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 298 oyunda meydana çıxıb, 28 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha əvvəl "Sport.es" nəşri "Real"ın baş məşqçisi Joze Mourinyonun da Rodrini komandasında görmək istədiyini yazmışdı.

Xatırladaq ki, Rodri DÇ-2026-da İspaniya millisinin heyətində uğurlu çıxışı ilə diqqət çəkib. O, komandasının finalda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olmasında mühüm rol oynayıb və turnirin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, "Transfermarkt" portalında Rodrinin transfer dəyərini 50 milyon avrodur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью