İspaniya 1/4 finalda: Qonşusunu məğlub etdi VİDEO

07.07.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Portuqaliya və İspaniya yığmaları üz-üzə gəliblər. ABŞ-nin Arlinqton şəhərindəki Dallas stadionunda oynanılan görüş ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+1-ci dəqiqədə Mikel Merino vurub.
İspaniya millisinin 1/4 finaldakı rəqibi Belçika yığması olacaq.
Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə və Norveç milli komandaları 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.


Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью