İspaniya ABŞ dan F 35 qırıcıları almaqdan imtina edib

06.08.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya hökuməti ən son F-35 qırıcılarının alınması ilə bağlı ABŞ-la danışıqların başa çatdığını rəsmən elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” İspaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

İspaniyanın “El Pais” qəzetinin məlumatına görə, bu qərar Avropanın hərbi texnologiyada müstəqilliyini artırmaq və xarici silah tədarükündən asılılığını azaltmaq məqsədinin bir hissəsi kimi qəbul edilib.

Rəsmi mövqe İspaniyanın Müdafiə Nazirliyi tərəfindən ifadə edilib və ölkənin "Lockheed Martin" tərəfindən istehsal olunan təyyarələrin alışını müvəqqəti dayandıracağını təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью